İnqilab Rəhbərinin nümayəndəsi Gülüstan vilayətinə səfər edib
Vəliyyi-Fəqihin İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətindəki nümayəndəsi Höccətülislam vəlmüslimin Əbdülhüseyn Müizzi Gülüstan vilayətində seldən zərərçəkən bölgələrə səfər edib.
Ötən cümə axşamı və cümə günləri İranın şimalında Gülüstan vilayətində güclü yağıntı və külək nəticəsində yaranan sel bir neçə nəfərin həlak olmasına və bir nəfərin də itkin düşməsinə səbəb oldu.
Sel və qasırğa bir çox əraziyə, kənd təsərrüfatı məhsulları və vasitələrinə, su və elektrik obyektlərinə, yaşayış massivləri və bəzi avtomobillərə ciddi ziyan vurub.
İRİB-in məlumatına görə, İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi hadisədən zərərçəkənlərə və yaxınlarını itirmiş ailələrlə yaxından maraqlanmaq, sel və qasırğanın vurduğu xəsarəti qiymətləndirmək və xilas əməliyyatının davamı ilə yaxından tanış olmaq üçün bölgəyə səfər edib.
Gülüstan, Gilan, Rəzəvi Xorasanı, Şimali Xorasan və Simnan vilayətlərində güclü yağıntı nəticəsində 13 nəfər dünyasını dəyişib.