Nazirlərin səlahiyyətlərinin araşdırılması davam edir
İran İslam Respublikası prezidenti Həsən Ruhani tərəfindən təklif olunmuş nazirlərin səlahiyyətlərinin İslam Şurası Məclisinin plenar iclasında araşdırılması bu gün də davam edibdir.
İslam Şurası Məclisinin bugünkü iclasında nümayəndələr təklif olunmuş kənd təsərrüfatı cihadı, ədliyyə müdafiə nazirləri Mahmud Höccəti, Seyid Əlireza Avayi və Əmir Hatəminin səlahiyyətlərini araşdırıblar.
Höccəti öz proqramlarının müdafiəsi istiqamətində deyibdir ki, ötən dörd ildə kənd təsərrüfatı bölməsində qida təhlükəsizliyi, məhsuldarlığın genişlənməsi və su istehlakının azalması yaxşı şəkildə həyata keçirilib və kənd təsərrüfatı nazirliyinin gələcək proqramlarında da əsas prioritetlərdəndir.
Məclis üzvləri özlərinin plenar iclaslarının davamında təklif olunmuş müdafiə naziri Əmir Hatəminin səlahiyyətini araşdırıblar.
Əmir Hatəmi öz proqramlarının müdafiəsi istiqamətində belə deyib: Ümid edirəm ki, şəhid Höcəcini şəhid etmiş cinayətkarlar tezliklə İran İslam Respublikasının silahlı qüvvələrinin qətiyyətli cavabını alacaqlar.
Məclis bugünkü plenar iclasın davamında təklif olunmuş yol və şəhərsalma naziri Abbas Axundinin səlahiyyətinin araşdırılmasına daxil olub, lakin iclas vaxtının başa çatmasına görə, Abbas Axundinin səlahiyyətinin araşdırılması yarımçıq qalıb və onun davamı şənbə günü səhərə saxlanılıb.
Təklif olunmuş nazirlərin səlahiyyətlərinin İslam Şurası Məclisinin plenar iclasında araşdırılması işi çərşənbə axşamı günü İran İslam Respublikası prezidentinin bu nazirləri müdafiə etməsilə başlanıbdır.
Ötən iki gün ərzində də məclis üzvləri təklif olunmuş kooperasiya, əmək və sosial rifah, səhiyyə və müalicə, xarici işlər, iqtisadiyyat və maliyyə işləri, təhlükəsizlik, rabitə və təhsil nazirlərinin səlahiyyətlərini araşdırıblar.