Avq 21, 2017 19:05 Asia/Baku

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Terrorizmlə mübarizə, təhlükəsizlik və sabitliyin qorunması üzrə səy yeni dövrdə İran İslam Respublikası xarici siyasətinin regional hədəflərindəndir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün daxili və xarici müxbirlərlə mətbuat konfransında İranın TeleRadio Təşkilatının sərhədaşırı müxbirinin İranın 12-ci dövlətinin xarici siyasət prioritetləri və region ölkələrilə həmkarlıqların genişləndirilməsi barədəki sualına cavabda belə əlavə edib: Qonşular və ətraf ölkələrlə əlaqələrin yüksəldilməsi üzrə səy və regionda sülh və sabitliyə kömək İran İslam Respublikası xarici siyasətinin prioritetidir. Qasemi həmçinin deyib: 12-ci dövlətin xarici siyasət sahəsindəki prioriteti nüvə anlaşması, eləcə də onun nailiyyətlərinin himayəsi və qorunmasıdır ki, müxtəlif yollar və üsullarla izlənilməlidir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Nüvə anlaşması beynəlxalq bir razılaşmadır və çoxlu sayda dünya ölkəsi bu anlaşmanın himayədarıdır ki, əhatəli bir məcmuda onun nailiyyətləri qorunmalıdır.

Qasemi İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin Türkiyəyə səfəri və həmin ölkənin bir qrup yüksək çinli rəsmisi ilə görüşləri barədə bildirib ki, bu səfər Tehran-Ankara əlaqələri gedişində bir sıçrayış və təkamül addımı idi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehran-Ərriyad əlaqələri və 12-ci dövlətdə İran-Ərəbistan əlaqələrində dəyişikliyin baş verib-verməyəcəyi barədəki sualın cavabında deyib: Ərəbistan başçıları daha artıq reallıqla regionun şəraitini analiz etməlidirlər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Suriya böhranının həlli barədə qarşıdakı Astana iclası haqda isə belə söyləyib: Altıncı Astana iclası tezliklə keçiriləcək. 

Qasemi Astana iclaslarının Suriya böhranı olaylarındakı təsirinə toxunub və bu iclasların alternativinin olmadığını bəyan edərək, deyib: İran, Rusiya və Türkiyənin Suriya böhranının həlli barədə Astana iclasları formasındakı həmkarlıqları davam edir və indiyədək bu iclaslarda atılmış addımlar təsirli və faydalı bir alət kimi Suriya böhranının həllinə kömək edə bilər. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü bəzi Küveyt medialarının İranın Küveytdəki səfirliyinin "Ələbduli" qrupu ilə əlaqəsi və bu qrupun bəzi üzvlərinin İrana qaçmaları və ya öz iclaslarını İran səfirliyində keçirmələri barədəki ittihamları haqqında belə söyləyib: İlk dəfə deyildir ki, Küveyt mediaları İrana qarşı yalan və dəxli olmayan xəbərlər yayırlar; onlar keçmişdə də bu qrupun üzvlərinin İrana qaçmaları barədə yanlış iddia irəli sürmüşdülər.

Teqlər