İran səud qırıcılarının Yəmənə hücumlarını pisləyib
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü səud qırıcılarının dünən səhər Yəmənin Səna vilayətinin Ərhəb məntəqəsində yerləşən bir mehmanxanaya qarşı hücumlarını kəskin tərzdə pisləyib.
Səud qırıcılarının bu mehmanxanaya qarşı hücumlarında azı 46 nəfər ölüb, onlarla nəfər də yaralanıbdır.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə BMT-nin və beynəlxalq orqanların səud rejimi tərəfindən yəmənli mülkilərin qırğın edilməsi məsələsinə baxmalarını istəyib.
Bəhram Qasemi bu təcavüzdə şəhid olanların ailələrinin kədəri ilə bölüşərək, deyib: Səud rejiminin yaşayış massivlərinə və mülki hədəflərə qarşı hücumlarının şiddətlənməsi və bu rejimin yardım üzrə məsul beynəlxalq orqanların məsələni öyrənmələrini əngəlləməsi insan haqları prinsip və qaydalarının pozulması deməkdir.
Qasemi həmçinin BMT-dən və Yəmən böhranında təsirli olan ölkələrdən istəyibdir ki, səud rejiminin hücumlarının təcili olaraq dayandırılması üzrə səylərini artıraraq, qadın və uşaqlar xüsusiyyət təşkil etməklə sivillərin sağlamlıqları və təhlükəsizliklərinin qorunmasına lazım olan tədbirləri görsünlər.