Avq 25, 2017 09:03 Asia/Baku
  • İran ABŞ-ın AEBA-ya təzyiqi barədə xəbərdarlıq edib
    İran ABŞ-ın AEBA-ya təzyiqi barədə xəbərdarlıq edib

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi bu beynəlxalq orqana qarşı qanunsuz təzyiqin dağıdıcı nəticələri barədə xəbərdarlıq edib.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəliyi Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin Vyanaya səfərinə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məsul şəxsləri ilə görüşlərinə reaksiyada bir bəyanat yayıb və bu bəyanatda bildirib ki, İran heç vaxt Amerikaya öz xəstəvari siyasi qərəzlərinə görə agentliyin qanunlarından sui-istifadə etməsinə icazə verməyəcəkdir.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəliyinin bəyanatında sonra deyilir: Amerikanın "Agentliyin hesabatları İranın müfəttişlərə əlçatma imkanı yaratdığı miqdarda mötəbər olacaqdır" iddiası qərbi bir iddia və tamamilə yanlış bir ifadədir ki, əslində tam şəkildə agentliyin və onun bütün ölkələr barədəki hesabatlarının etibarını şübhə altına alır.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəliyi həmçinin bildirib: Amerikanın, sözdə "İranın nüvə anlaşması çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi" məsələsindən nigaran olması elə bir haldadır ki, agentliyin çoxlu sayda hesabatı İranın nüvə anlaşması qarşısındakı öhdəliklərinə tam sadiq qalmasından xəbər verir və Amerikanın uğursuz qalmış siyasəti, İranofobiyanı yaymaq istiqamətindədir.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəliyi sonra vurğulayıb: İran İslam Respublikası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru, onun müfəttiş və ekspertlərindən əmanətdar və peşəkar şəkildə nüvə anlaşması qarşısındakı vəzifə və tapşırıqlarının icrasını davam etdirmələrini gözləyir. 

ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli çərşənbə günü İranın hərbi mərkəzlərindən baxış keçirməsi üçün agentliyə təzyiq göstərmək məqsədilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano ilə görüşüb.

Teqlər