Avq 26, 2017 15:51 Asia/Baku
  • İnqilab Rəhbəri: Diplomatiyada inqilab və dini ruhiyyənin qorunması zəruridir
    İnqilab Rəhbəri: Diplomatiyada inqilab və dini ruhiyyənin qorunması zəruridir

İslam İnqilabının Böyük Rəhbəri şənbə günü İslam Respublikası prezidenti və Nazirlər Kabinetinin üzvlərini qəbul ediblər: Diplomatiyada istiqamətlənmə, inqilab və dini ruhiyyənin qorunması önəmlidir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu görüşdə diplomatiya səhnəsində cəld, modern, sürətli və sayıqcasına addım atılmasını vurğulayaraq deyiblər: diplomatiya məsələlərində öz inqilabı ilə fəxr etməli və milli normalara, yəni imperializm, zülm və imperialist quruluş qarşısında müqavimət kimi inqilabdan yaranan normalarla izzəti hiss etmək lazımdır.

Həzrət Ayətullahülüzma Xamenei xatırladıblar: İnqilab normaları və mövqelərinə sadiq qalmaq başqalarına hörmət və önəm verməyə səbəb olur. Eyni zamanda bu işin diplomatiyanın yolları, dolanbacları və metodları ilə ziddiyyəti yoxdur.

Diplomatiya çətirinin bütün dünyaya açılması, bir neçə məhdud ölkə ilə əlaqələrə diqqət yetirməmək İslam İnqilabının Böyük Rəhbərinin xarici siyasətlə əlaqədar qeyd etdiyi digər məsələlərdən olub.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin iqtisadiyyatı İranın əsil prioriteti adlandırıb və vətəndaşların məişət problemləri, o cümlədən gənclərin işsizlik problemlərinin həlli üçün rəsmilərin durmadan səy göstərmələrini vurğulayıblar: İqtisadiyyatı neftdən xilas etmək lazımdır. Bu önəmli məqsəd imkanlar, potensiallar və insan resursunu nəzərə alaraq mümkündür.

İslam İnqilabının Böyük Rəhbəri prezident və Nazirlər Kabinetinin üzvlərinə üzünü tutaraq tövsiyə ediblər ki, vətəndaşların problemlərinin həll edilməsi, cihad əhval-ruhiyyəsinin olması, yorulmadan çalışmaq, güclü ictimai əlaqələrin yaradılması, ictimai ruhiyyənin qorunması və gücləndirilməsini diqqət mərkəzində saxlasınlar.

Teqlər