Ruhani: İran xalqı xarici təhdid və fitnələrdən qorxmur
İran İslam Respublikası prezidenti deyib ki, İran xalqı xarici təhdid və fitnələrdən qorxmur, zira əcnəbilərdən qormamağı İmam Xomeyni(r.ə)-dən öyrənibdir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin İran İslam Respublikası banisinin amalları ilə əhd-peymanının təzələnməsi mərasimində sonra belə deyib: İmam Xomeyni(r.ə.) bütün qüdrətlərin təcavüzkarı himayə etdikləri İrana qarşı 8 illik müharibədə İran xalqına öyrətdi ki, bir xalq necə möhkəm iradə ilə müxtəlif fitnələrin qarşısında dayana bilər.
İran İslam Respublikası prezidenti əsas qanun, xalqın səsi və seçkilər, azad məclis, qüdrətli dövlət və məhkəmə müstəqilliyini İmam Xomeyni(r.ə)-in yadigarlarından adlandırıb və belə deyib: İmam Xomeyni(r.ə.) islamçılığı və respublikaçılığı birlikdə İran xalqına müjdə gətirdi və göstərdi ki, din və ilahi ehkamların icrası milli hakimiyyət və demokratiya sayəsində xalqın öz müqəddəratına yiyələnməsinə gətirib çıxaracaqdır.
İran İslam Respublikası prezidenti Həsən Ruhani 12-ci dövlətin nazirlər kabinetinin üzvlərilə yanaşı, bu gün səhər İmam Xomeyni(r.ə)-in pak ziyarətgahında olubdur. Onlar oraya əklil qoyaraq, fatihə qiraət ediblər, sonra isə İran İslam İnqilabının böyük memarına hörmət əlaməti olaraq, bir daha İmam Xomeyni(r.ə)-in amalları ilə beyətlərini təzələyiblər.