Ruhani müsəlman ölkələrin başçılarını təbrik edib
https://azeri.sahartv.ir/news/İran-i281195-ruhani_müsəlman_ölkələrin_başçılarını_təbrik_edib
İran İslam Respublikası prezidenti bu gün ayrı-ayrılıqda etdiyi müraciətlərdə səadətli Qurban bayramı münasibəti ilə müsəlman ölkələrin başçılarını təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2017 12:13 Asia/Baku
  • Ruhani müsəlman ölkələrin başçılarını təbrik edib
    Ruhani müsəlman ölkələrin başçılarını təbrik edib

İran İslam Respublikası prezidenti bu gün ayrı-ayrılıqda etdiyi müraciətlərdə səadətli Qurban bayramı münasibəti ilə müsəlman ölkələrin başçılarını təbrik edib.

İRNA-nın verdiyi məlumata görə, İİR prezidenti təbrik müraciətlərində bütün müsəlman dövlətlər və ziyalıların əlavə səyləri nəticəsində müsəlman ölkələrə sülh və sakitliyin qayıdacağına ümidvar olduğunu bildirib. 

Həsən Ruhani həmçinin böhran içində olan regionlar üçün güclülərin mirası olan zorakılıq, müharibə və terrorizmin müsəlman ölkələrdən uzaqlaşacağına, Məhəmməd (s) islamının gözəl simasının dünyaya təqdim olunacağına ümidvar olduğunu bildirib. 

İİR prezidenti müraciətinin sonunda, Allahdan bütün müsəlam xalqlara sülh, ədalət, dostluq, qardaşlıq , tərəqqi və abadlıq dilənib.