İranın müdafiə naziri: Müqavimətə dəstək davam edəcək
İran İslam Respublikası müdafiə və silahlı qüvvələrə locestik dəstək naziri deyib: İran müqavimət məhvərini daha güclü şəkildə himayə edəcək.
General Mayor Əmir Hatəmi bu gün Əl-Aləm telekanalı ilə müsahibəsində müqavimətin İran İslam Respublikası mədəniyyətində olduğunu bildirərək deyib: İran xalqı islam inqilabı dövründə və 8 illik müdafiə dövründəki müqaviməti ilə nəticə əldə etdi.
İranın müdafiə naziri müqavimətin dünyanın zalım qüvvələri və zülmkarlıqla qarşılaşmaq demək olduğunu bildirərək deyib: İİR daima dünya məzlumlarına kömək edəcək.
Əmir Hatəmi İran İslam Respublikasının İraq və Suriya dövlətlərinə terrorçularla mübarizə üçün hərbi məsləhətlər verməsinə toxunaraq deyib: İİR-nin İraq və Suriyaya dəstəyi olmasaydı bu gün terrorizm və destabillik bütün regionu gürümüşdü.
İranın müdafiə naziri İranın müdafiə gücünün artırılmasının başçılıq etdiyi nazirlik üçün prioritet təşkil etdiyini vurğulayaraq deyib: Müdafiə Nazirliyi İranın raket potensialının gücləndirilməsi üçün xüsusi proqrama malikdir.
Əmir Hatəmi deyib: Düşmənlər daima İranın müdafiə gücünü xüsusiylə raket qabiliyyətini zəiflətmək istəyir amma heç vaxt buna nail olmayacaqlar.
Əmir Hatəmi deyib: İran İslam Respublikası raket gücünü artırmaqdan əlavə strateji hava gücünü də artıracaq.
İranın müdafiə naziri İranın silah-sursat sənayesi, həmçinin qonşu ölkələrə silah ixracatı sahələrindəki qabiliyyətləri barədə deyib: Qərb ölkələri iqtisadi-siyasi mənafe əldə etmək və ölkələri asılı vəziyyətə salmaq məqsədi ilə onlara silah satırlar amma İranın silah ixracatına baxışı müharibə və toqquşmanın qarşısını almağa kömək etməkdən ibarətdir.