Sen 04, 2017 18:18 Asia/Baku
  • Myanma müsəlmanlarına qarşı qırğın pislənib
    Myanma müsəlmanlarına qarşı qırğın pislənib

İran İslami Mədəniyyət və Əlaqələr Təşkilatı bir bəyanat yayaraq, Myanma müsəlmanlarına qarşı qırğını pisləyib və bütün islami ölkələrdən istəyibdir ki, ruhingalı müsəlmanlara qarşı soyqırımının davam etməsinə mane olsunlar.

Təqribən iki həftə bundan öncə başlanmış Myanma ordusunun Raxin əyalətində Ruhinqa müsəlmanlarına qarşı yeni hücumları nəticəsində onlarla nəfər ölüb, minlərlə nəfər də canının qorxusundan Banqladeşə qaçıbdır.

İran İslami Mədəniyyət və Əlaqələr Təşkilatı bu gün bir bəyanatda bildirib ki, Myanma müsəlmanlarının son zamanlar qırğın edilmələri, didərgin düşmələri, soyqırımı və işgəncələrə məruz edilmələri xüsusən ifratçı cərəyanlar tərəfindən edilmiş keçmişdəki rəftarların davamıdır.

Bəyanatda deyilir: Myanma müsəlmanları dünyada ən məzlum dini azlıqlardandır ki, daima zülm və təcavüzə məruz qalıblar və islami dövlətlərin məhəl qoymamaları bu qırğınların davam etməsinə səbəb olubdur.

İran İslami Mədəniyyət və Əlaqələr Təşkilatı vurgulayıb: Myanma müsəlmanları torpaq, təhsil, dövlət xidmətləri, həmçinin ən ibtidai və ən əsas insani haqq olan həyat haqqından məhrumdurlar və hər gün onların evsiz-eşiksizləri, itkinləri və həlak olanlarının sayı artır.

Teqlər