Şəmxani: İran, Suriya, Rusiya və Müqavimət Cəbhəsi arasındakı əməkdaşlıqlar öz nəticəsini verməkdədir
https://azeri.sahartv.ir/news/İran-i281421-Şəmxani_İran_suriya_rusiya_və_müqavimət_cəbhəsi_arasındakı_əməkdaşlıqlar_öz_nəticəsini_verməkdədir
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: İran, Suriya, Rusiya və Müqavimət Cəbhəsinin terrorizm ilə mübarizədəki dəyərli və strateji əməkdaşlığı döyüş və siyasət meydanında öz bəhrəsini verməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2017 15:31 Asia/Baku
  • Şəmxani: Müqavimət Cəbhəsi arasındakı əməkdaşlıqlar öz nəticəsini verməkdədir
    Şəmxani: Müqavimət Cəbhəsi arasındakı əməkdaşlıqlar öz nəticəsini verməkdədir

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: İran, Suriya, Rusiya və Müqavimət Cəbhəsinin terrorizm ilə mübarizədəki dəyərli və strateji əməkdaşlığı döyüş və siyasət meydanında öz bəhrəsini verməkdədir.

Əli Şəmxani çərşənbə axşamı Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandır Lavreniyev ilə görüşdə İran, Suriya, Rusiya və Müqavimət Cəbhəsinin terrorizm ilə mübarizədəki uğurlarına işarə edib və deyib: Digər tərəflər ilə əməkdaşlıq xoşməramlılığa əsaslanan bir hərəkət olaraq Suriya xalqı və qanuni dövlətini himayə məqsədi daşıyır. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi terrorçuların silah və sursat əldə etmək üçün Suriya ilə birgə sərhədlərə malik olan bəzi qonşu ölkələrin sərhədlərindən gediş-gəliş üçün sərbəst formada istifadə etdiklərinə işarə edərək, deyib: Müxtəlif ölkələr terrorizmdən bir vasitə kimi istifadəyə qarşı çıxmalı və terrorçular ilə mübarizə aparmalıdırlar. Bu ölkələr digər ölkələrdə gərginlik yaratmaq üçün terrorçuları himayə etməklə öz ölkələrində terrorizmin inkişafına zəmin yaratmamalıdırlar. 

Şəmxani Livan Hizbullahının bu ölkə ərazisini İŞİD terrorçularından təmizləmək üzrə hərəkətlərini alqışlayıb və deyib: Livan Hizbullahının mühasirədə olan bir qrup terrorçunun Livanı tərk etməsinə və Suriyada müəyyən edilmiş əraziyə köçməsinə icazə verməsi bir əməliyyat taktikasıdır və terrorçular ilə savaş strategiyasında dəyişiklik sayılmır. 

Aleksandır Lavrentsiyev də bu görüşdə Suriya mövzusu ilə bağlı bəzi ölkələr ilə bağlı aparılan danışıqlarla bağlı Şəmxanini məlumatlandırıb və deyib: Moskva hələ də terrorçulara və siyasi həll yoluna inanmayanlara qarşı savaşın davam etdirilməsində qətiyyətlidir və siyasi və diplomatik həll yolunun tapılması üzrə səylərlə yanaşı Suriyada terrorçulara qarşı savaşın davam etdirilməsinə inanır.