Sen 10, 2017 12:01 Asia/Baku
  • Ruhani: İran İslam dünyası ilə elmi əməkdaşlığa hazırdır
    Ruhani: İran İslam dünyası ilə elmi əməkdaşlığa hazırdır

İran İslam Respublikasının prezidenti deyib ki, İran bütün islami xalqlar və ölkələrlə elm, texnologiya və innovasiya sahələrində hərtərəfli həmkarlığa hazırdır.

İran prezidenti Həsən Ruhani bazar günü Qazaxıstanın Astana şəhərində keçirilən elm və texnologiya üzrə İslam Əməkdaşlıq Təşkilatının sammitində sonra bildirib ki, "İslam ölkələri elm, texnologiya və innovasiya sahələrində daha çox həmkarlıq üçün İslam düşmənlərinin və militarist güclərin təfriqəsalma mahiyyətli hərəkətlərindən uzaq qalmalıdırlar.

Ruhani İslam dünyasının bu gün dünyanın əhəmiyyətli və təsirli bir hissəsi olduğunu bildirərək, deyib: İslam dünyasının qabiliyyəti, inkişafı və sabitliyi, dünyada sülh, tərəqqi və sabitliyə səbəb olacaq və İslam dünyasının zəifliyi və parçalanması davamlı sülh, təsirli beynəlxalq inteqrasiya və hərtərəfrli inkişafı mümkünsüz edəcəkdir.

Ruhani söyləyib: İslam ölkələrinin tərəqqisi və inteqrasiyası, ümid, quruculuq və məşğulluq atmosferinin yaradılması və inkişaf etmiş bir dünyaya daxil olmaq üzrə birgə səy/ cahillik, yoxsulluq, savaş və zorakılıqdan uzaq bir dünyanın qurulması çərçivəsindədir.

İranın icra hakimiyyətinin başçısı İslam dünyasının hazırkı problemlərinə toxunaraq, belə qeyd edib: Sionistlərin fələstinlilərə və radikalların Myanmada ruhinqalı müsəlmanlara qarşı cinayətləri, Suriya və İraqda ekstremist qrupların törətdikləri insan faciələri, Yəmən xalqına qarşı hərbi hərəkətlərin davam etməsi İslam ümmətinin hər zamandakından daha çox həmrəyliyi və birliyini tələb edir.

İran prezidenti bildirib ki, İran xalqı İslamdan öncəki və sonrakı sivilizasiya dövrlərində bəşəriyyət tarixində elm və mədəniyyət bayraqdarlarından olubdur. O, ümidvarlıq edibdir ki, Astana şəhərində keçirilən "Elm, Texnologiya və İnnovasiya" sammiti İslam ölkələri arasında səmərəli həmkarlıqların yüksəlməsinə gətirib çıxaracaqdır.

Teqlər