İran prezidentinin Qazaxıstan və Özbəkistan prezidentləri ilə görüşü
İran İslam Respublikasının prezidenti Qazaxıstanın paytaxtı Astanada elm və texnologiya sahəsində keçirilən İslam ölkələrinin zirvə toplantısı çərçivəsində Qazaxıstan və Özbəkistanın prezidentləri ilə görüşdə bütün sahələrdə əlaqələrin inkişafına təkid edib.
Həsən Ruhani bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə görüşdə Qazaxıstanı regionda və İslam Əməkdaşlıq Təşkilatında mühüm ölkə adlandıraraq, deyib: Tehran-Astana əlaqələri ötən 25 il ərzində daim inkişafda olub və İran ikitərəfli həmkarlıqların genişlənməsini rəğbətlə qarşılayır.
İran İslam Respublikasının prezidenti həmçinin Özbəkistan prezidenti Şövkət Mirziyayev ilə görüşdə Tehran-Daşkənd əlaqələrinin bütün sahələrdə, xüsusən ticarət və iqtisadiyyat sahələrində genişlənməsini rəğbətlə qarşılayaraq, deyib: İran İslam Respublikasının Özbəkistanla əlaqələrinin genişlənməsində heç bir maneə mövcud deyil.