Laricani: ABŞ rəsmiləri nüvə anlaşmasının özəyini korlayıblar
İran İslam Şurası Məclisinin sədri ABŞ-ın Nümayəndələr Məclisinin qərarını nüvə anlaşmasına zidd adlandırıb və deyib: İranı nüvə anlaşmasına əməl etməməkdə ittiham edən ABŞ rəsmiləri nüvə anlaşmasının özəyini dağıdıblar.
ABŞ-ın Nümayəndələr Məclisi çərşənbə günü bir qanun layihəsi qəbul edərək, İrana sərnişin təyyarəsinin satılmasını qadağan edib.
ABŞ-ın Maliyyə Nazirliyi də cümə axşamı İranın iki şirkəti və 7 İran vətəndaşının adını sanksiyalar siyahısına daxil edib. Bəhanə olaraq İranın raket proqramı göstərilib.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar günü Qərbi Azərbaycan Ostanı İdarə Şurasının iclasında nüvə anlaşmasının ABŞ tərəfindən pozulmasını bu ölkənin zərərinə adlandırıb və deyib: Əgər Amerika nüvə anlaşmasını pozmağa çalışarsa, İran tam sürətlə nüvə anlaşmasından öncəki vəziyyət ilə müqayisədə daha güclü mövqeyə yiyələnmiş olacaq.
Əli Laricani qərblilərin İranın şiə hilalı yaratmaq niyyətində olduğuna dair iddialarına gəlincə deyib: İran imperatorluq və ya belə bir hilal yaratmaq ardınca deyil. Myanma müsəlmanlarının problemlərinin həllinə yardım etmək və Həması dəstəkləmək buna bir sübutdur.