Sen 18, 2017 09:10 Asia/Baku
  • İslam Respublikasının strategiyası dünya ilə maksimum anlaşmadır
    İslam Respublikasının strategiyası dünya ilə maksimum anlaşmadır

İran İslam Respublikası prezidenti Nyu-Yorkda deyib: İslam Respublikasının strategiyası dünya ilə maksimum şəkildə anlaşmadır.

İRİB-in məlumatına görə, Həsən Ruhani bazar günü Nyu-Yorkda Con F. Kennedi hava limanına daxil olduğu zaman jurnalistlərə verdiyi açıqlamada əlavə edib: İslam İnqilabının Böyük Rəhbərinin buyurduğu kimi, İranın strategiyası dünya ilə maksimum anlaşmadır və bu strategiyanı beynəlxalq dairələrdə asanlıqla icra etmək mümkündür. 

Ruhani bildirib: Bu səfərdə məqsəd BMT Baş Assambleyasının sessiyasında iştirak etmək, İranın böyük xalqının səsini dünyaya çatdırmaq, həmçinin regionun çətin şəraitini bəyan etməkdir. 

Həsən Ruhani xatırladıb: Hazırda Myanmada rohinca müsəlmanları ilə əlaqədar ağır şəraitin şahidiyik. 

İran İslam Respublikası prezidenti bu səfərdə həmçinin İranın region və eynəlxlaq məsələləri haqda, eləcə də Myanma müsəlmanlarının acınacaqlı durumu barədəki son mövqelərini bəyan edəcək. 

Ruhani BMT baş katibi, BMT Baş Assambleyasının sessiyasında iştirak edən bəzi ölkələrin dövlət başçıları ilə görüşəcək və ikitərəfli və beynəlxalq məsələlr haqda danışıqlar aparacaq. 

ABŞ-da yaşayan iranlılar və ziyalılarla səmimi görüş, ABŞ-ın islam cəmiyyətlərinin rəhbərləri və dini alimlərlə görüş, xarici siyasət ziyalıları və ideoloji institutların rəhbərləri ilə iclas, beynəlxalq kütləvi informasiya vasitələrinin baş redaktorları və direktorları ilə görüş İran İslam Respublikası prezidentinin Nyu-York səfərinin proqramına daxildir. 

BMT Baş Assambleyasının zirvə toplantısı 19 sentyabrda başlayacaq və 25 sentyabra qədər davam edəcək. 

Teqlər