İnqilab Rəhbərinin bəyanatı dünya KİV-də
İslam İnqilabının Böyük Rəhbərinin ötən gün Hüquq-Mühafizə Qüvvələri Universiteti məzunlarının tədbirindəki bəyanatı region və dünya medialarında geniş şəkildə işıqlandırılıb.
Ali Baş Komandan Həzrət Ayətullahülüzma Xamenei ötən gün Hüquq-Mühafizə Qüvvələri Universiteti məzularının tədbirində nüvə anlaşması məsələsində ABŞ-ın həyasızlığı barədə bildiriblər: Nüvə anlaşmasındakı istənilən yanlış hərəkət İslam Respublikasının reaksiyası ilə üzləşəcək.
İslam İnqilabının Böyük Rəhbərinin bu bəyanatı ardınca, İspaniyanın Avropa Press və Efe informasiya agentlikləri bir reportajda bildiriblər: İranın Ali Lideri Ayətullah Əli Xamenei xəbərdarlıq edib ki, İran və dünyanın əsas qüdrətlərinin nüvə anlaşması haqqda böyük şeytanın istənilən yanlış hərəkətinə reaksiya veriləcək.
İtaliyanın rəsmi informasiya agentliyi də "Ayətullah Xamenei: İran istənilən yanlış hərəkətə reaksiya verəcək" başlıqlı məqaləsində yazıb: İranın Ali Lideri ABŞ tərəfindən nüvə anlaşmasına yenidən baxılması üzrə rəyə reaksiyada deyib: ABŞ-ın korrupsioner, yalançı və hiyləgər rəsmiləri İran xalqı və İslam Respublikası quruluşunu utanmadan yalançılıqda suçlayırlar. Halbuki İran xalqı sədaqətli şəkildə addım atıb və sonuna qədər sədaqətli şəkildə bu yolu davam etdirəcək.
İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı, nüvə anlaşmasının icrasında ABŞ rəsmilərinin təxribatçılığı və İran xalqı ilə düşmənçiliyi qarşısında sərt mövqeyi Yunanıstan Kütləvi İnformasiya Vasitələrində də geniş şəkildə işıqlandırılıb.
Türkiyənin Akşam qəzeti və Xəbər 7 saytı da İslam İnqilabının Böyük Rəhbərinin bəyanatını əks etdirib və yazıblar: İran lideri sərt bəyanatla İran və 5+1 qrupu ölkələrinin nüvə anlaşmasının icrasında ABŞ-ın öhdəliyə sadiq qalmamasına dair reaksiya verib.
İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı Misir Kütləvi İnformasiya Vasitələrində də geniş əks olunub. Bu medialar yazıblar: İranın Ali Lideri bildirib ki, nüvə anlaşmasında ABŞ-ın istənilən yanlış hərəkəti Tehranın sərt reaksiyası ilə üzləşəcək və İran qətiyyətli cavab verəcək.
Mİsirin əl-Qəbat əl-Müttəhidun xəbər portalı da İslam İnqilabının Böyük Rəhbərinə istinadla yazıb: Regionda təhlükəsizliyin olmaması ABŞ və sionist rejimin müdaxilələrinin nəticəsidir. Belə ki, öz qeyri-qanuni mənafelərini təmin etməyə can atırlar. Onlar İŞİD-i yaratdılar, hazırda müqavimət və mömin gənclərin səyi nəticəsində İŞİD yolun sonuna çatmaqdadır.
İraq Kütləvi İnformasiya Vasitələri də ötən gün müxtəlif xəbər bülletenlərində İslam İnqilabının Böyük Rəhbərinin bəyanatını əks etdirməklə yanaşı onu ABŞ hökumətinin nüvə anlaşması qarşısındakı mövqeyinə cavab adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı Livan KİV, o cümlədən əl-Məyadin televiziyasında da əks olunub.
Əhatəli Müştərək Təşəbbüs Proqramının 2016-cı il yanvar ayında icra olunduğu zamandan ABŞ bu beynəlxalq anlaşmanın ziddinə addım atıb. Lakin İran həmişə nüvə anlaşmasına sadiq qalıb. İran İslam Respublikası rəsmiləri dəfələrlə xəbərdarlıq ediblər ki, nüvə anlaşmasını pozmaq onların zərərinədir və İran sürətlə nüvə proqramında müzakirələrdən öncəki vəziyyətə qayıdacaq.