Ruhani: Latın Amerikası ilə əlaqələrin inkişafını müsbət qarşılayırıq
İran İslam Respublikası prezidenti Latın Amerikası ölkələri ilə əməkdaşlıqları genişləndirməkdə Tehranın maraqlı olduğunu bildirib: Tehran Latın Amerikası ölkələri ilə bütün sahələrdə əməkdaşlıqları genişləndirməyi müsbət qarşılayır.
İRİB-in Nyu-Yorkdan verdiyi məlumata görə, Həsən Ruhani bazar ertəsi günü Boliviya prezidenti Evo Moraleslə görüşündə birgə məqsədləri əldə etmək üçün müstəqil ölkələrin əməkdaşlığını vacib adlandırıb və deyib: İslam Respublikası bütün sahələrdə Latın Amerikası ölkələri ilə əlaqələri genişləndirməyi müsbət qarşılayır və bu ölkələr İranla dostluq və əməkdaşlığa güvənə bilərlər.
Boliviya prezidenti də bu görüşdə İranı dost ölkə adlandırıb və bildirib: Boliviya İran İslam Respublikası ilə bütün sahələrdə əməkdaşlıqların inkişaf etdirilməsində ciddidir.