"Myanma dövlətinə təzyiq zəruridir"
İran İslam Respublikası prezidenti Myanma müsəlmanlarının vəziyyətini tükürpədici adlandırıb və deyib: Müsəlmanların soyqırımı və onlara qarşı zorakılığın durdurulması üçün Myanma dövlətinə təzyiq zəruri addımdır.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü günortadan sonra Nyu-Yorkda BMT Baş Assambleyasının illik sessiyasının kənarında baş tutan İsveç baş naziri Stefan Löfvenlə görüşdə Myanma müsəlmanlarının ağır şəraitdə olduğunu bəyan edib və deyib: Myanma müsəlmanlarına qeyri-insani təzyiqlərin durdurulması və didərginlərə kömək üçün Avropa Birliyinin rolu əhəmiyyətlidir.
İran İslam Respublikası prezidenti həmçinin Yəmən məsələsi və Ərəbistanın hücumları nəticəsində minlərlə nəfərin didərgin düşməsinə diqqət çəkərək Yəməndə tez bir zamanda atəşkəsin bərpa olunacağını və yəmənli qrupların müzakirələrə başlayacağını ümid edib.
Ruhani Avropa Birliyi, o cümlədən İsveçin Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə əlaqədar güclü mövqeyini alqışlayıb və əlavə edib: ABŞ=ın yeni hökumətinin mövqeləri bu beynəlxalq anlaşmaya münasib deyildir.
İsveç baş naziri Stefan Löfven də bu görüşdə Myanma müsəlmanlarının vəziyyətini tragediya adlandırıb və bildirib: İsveç bu istiqamətdə edə biləcəyi bütün köməkliyi göstərəcək.
Ruhani Nyu-Yorkda BMT Baş Assambleyasının illik sessiyasının kənarında öz məsləhətləşmələrinin davamında Avstriya prezidenti Aleksandr Van Der Bellenlə görüşdə Əhatəli Müştərək Təşəbbüs Proqramının müştərək əməkdaşlıqların inkişafındakı roluna toxunub və deyib: Nüvə anlaşmasının tam icrası Avropa Birliyi və regionun xeyrinədir.
İran İslam Respublikası prezidenti region ölkələrinin coğrafi sərhədlərində hər hansı dəyişikliyi təhlükəli adlandırıb və deyib: Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendum planı yeni və təhlükəli gərginliyi yarada bilər.