İran Suriyanın bərpası sərgisində tam heyətli iştirakçıdır
Sen 19, 2017 12:31 Asia/Baku
İranın Suriyadakı iqtisadi attaşesi deyib: İran İslam Respublikası 25 şirkətlə 3-cü Suriyanın Bərpası Sərgisinin tam heyətli iştirakçısıdır.
3-cü Suriyanın Bərpası Sərgisi bu gün Dəməşqin Sərgilər Kəndində işə başlayacaq və 23 sentyabra qədər davam edəcək.
Əli Kazimeynizadə deyib: İran İslam Respublikasının sərgidəki iştirakı ötən illə müqayisədə beş qat artıb.