Sen 19, 2017 12:47 Asia/Baku
  • Ayətullah Cənnəti: ABŞ kürd muxtariyyətinin İraqdan ayrılması ardıncadır
    Ayətullah Cənnəti: ABŞ kürd muxtariyyətinin İraqdan ayrılması ardıncadır

İranda Rəhbərlik Xobrəqan Məclisinin sədri deyib: ABŞ kürd muxtariyyətini İraqdan ayırmaq istəyir. Belə ki, başqa bir İsrail yaratsın.

Ayətullah Əhməd Cənnəti bu gün Tehranda Rəhbərlik Xobrəqan Məclisinin üçüncü iclasının açılışında İraq Kürdüstanında referendumun keçirilməsi haqda xəbərdarlıq edərək bildirib: bu məsələ ABŞ, Səudiyyə Ərəbistanı və sionist rejimin istəyidir. Onlar bu işlə müsəlmanları zəiflətməyə çalışırlar. 

Rəhbərlik Xobrəqan Məclisinin sədri həmçinin Myanmadakı soyqırımı qarşısında müsəlmanların sükutunun onlara baha başa gələcəyini bildirərək deyib: İran İslam Respublikasının Myanma müsəlmanlarının dərdinə şərik çıxması çox əhəmiyyətlidir və digər ölkələr də İranla birlikdə addım atmalıdırlar. 

Teqlər