Sen 21, 2017 15:41 Asia/Baku
  • İnqilab Rəhbəri: Amerikalı ziyalılar belə prezidentlərindən utanırlar
    İnqilab Rəhbəri: Amerikalı ziyalılar belə prezidentlərindən utanırlar

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ABŞ prezidentinin BMT Baş Assambleyasındakı alçaq, əbləh və reallığı əks etdirməyən sözlərinə toxunaraq bildiriblər: Bu sözlər qüdrətdən qaynaqlanmır, əksinə əsəbilik, acizlik və fikri yüngüllüyün nəticəsidir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər Rəhbərlik Xobrəqan Məclisinin sədri və nümayəndələrini qəbul ediblər. Görüşdə İran xalqı bədxahlarının əsəbiliyinin əsas səbəblərindən birini islam quruluşunun regional və beynəlxalq məsələlərdə gün-gündən inkişaf etməsi adlandıran İnqilab Rəhbəri deyiblər: ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı sözləri ABŞ xalqı üçün fəxr gətirmirdi və amerikalı ziyalılar belə sözlər və belə prezidentlərinin olmasından utanırlar. Bu utanc hissini bəyan da edirlər.

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Amerikalılar illərlə öncədən Qərbi Asiya regionu üçün plan və xəritə çəkmişlər, onun adını Yeni Yaxın Şərq və ya Böyük Yaxın Şərq adlandırmışdılar. Bu planın üç əsas mehvəri İraq, Suriya və Livan idi. Lakin hər üç ölkədə məğlubiyyətlə üzləşdilər.

Həzrət Ayətullahülüzma Xamenei buyurublar: Lakin hazırda regionun reallıqları başqa formadadır. Çünki onlar Livanda bir iş görə bilmədilər. İraqda onların istəyinin düz əksi reallaşdı. Suriyada ABŞ və müttəfiqlərinin bu ölkə vətəndaşlarını qətliam etmələri, saysız cinayətlər törətmələri və təkfirçi qruplaşmalara hərtərəfli dəstəklər vermələrinə rəğmən, hal-hazırda İŞİD yolun sonuna çatıb və Ən-Nüsrə Cəbhəsi kimi təkfirçi qruplaşmalar təcrid olunublar.

İnqilab Rəhbəri əlavə ediblər: İran İslam Respublikasının iştirakı və təsiri ABŞ və sionist rejimin bölgədəki planları və tələblərinin gerçəkləşməməsinə səbəb olub və elə buna görə, onlar əsəbiləşmişlər.

İnqilab Rəhbərinin çıxışından öncə, Rəhbərlik Xobrəqan Məclisinin sədri Ayətullah Cənnəti İslam İnqilabının Böyük Rəhbərinin mövqeyini xalqın ruhlanma mənbəyi adlandırıb və əlavə edib: İnqilabçı olmaq müvəffəqiyyətin şərtidir, inqilabçı olmazsaq, uğur əldə olmayacaq.

Teqlər