İnqilab Rəhbəri şəhid Höcəcinin cənazəsi ilə vida mərasimində iştirak ediblər
İslam İnqilabının Böyük Rəhbəri bu gün səhər Tehranın İmam Hüseyn(ə) məscidinə gedərək, şəhid Möhsün Höcəcinin cənazəsi kənarında olublar. Şəhidin ruhuna fatihə oxuyan İnqilab Rəhbəri bu "Hərəm Müdafiəçisi" üçün ali dərəcələr diləyiblər.
İnqilab Rəhbəri ofisinin verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei həmçinin, şəhid Möhsün Höcəcinin ailəsi ilə də görüşüb, söhbət ediblər. Onlara Allahdan səbr diləyiblər.
Şəhid Möhsün Höcəci ilə vida mərasimi bu gün çərşənbə Tehranda keçiriləcək. Daha sonra dəfn olunması üçün şəhid Höcəcinin cənazəsi anadan oduğu İsfahanın Nəcəfabad şəhərinə aparılacaq.
Möhsün Höcəci bir "Hərəm Müdafiəçisi" idi. O, 9 avqust 2017-ci il tarixində İŞİD terrorçuları tərəfindən İraq və Suriya sərhədlərində əsir götürülmüş, daha sonra şəhid edilmişdi.