İnqilab Rəhbəri: Allah Taala şəhid Höcəcini əziz etdi
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: İxlas, pak niyyət, vaxtında hərəkət etmək və ictimaiyyətin bu kimi şəhidlərə olan ehtiyacı bu şəhidin Allah tərəfindən hər kəs üçün əziz insana çevrilməsinə səbəb oldu.
İnqilab Rəhbərinin ofisindən verilən məlumata görə, Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər İmam Hüseyn(ə) məscidində olaraq, Hərəm Müdafiəçisi şəhid Möhsün Höcəcinin cənazəsinin kənarında o şəhidin ruhuna fatihə oxuyub, Allahdan ali dərəcələr diləyib. İnqilab Rəhbəri daha sonra deyib: bütün şəhidlər Allah yanında əzizdirlər. Amma, bu gəncə hansısa bir xüsusiyyət var imiş ki, Allah Taala onun adını əziz etdi.
Həzrət Ayətullahülüzma Xamenei əlavə edib: Höcəcinin şəhid olmasına görə, ölkədə neçə bir qovğa olduğuna baxın.
İnqilab Rəhbəri həmçinin, şəhid Höcəcinin ailəsinə Allahdan səbr diləyib.
Şəhid Höcəcinin cənazəsi bu gün İmam Hüseyn(ə) meydanından Şəhidlər meydanına kimi müşayiət edilib. Bu mərasimdə ordu komandanları və ölkə rəsmiləri də iştirak ediblər.
Şəhid Möhsün Höcəci 9 avqustda İraq-Suriya sərhədində İŞİD terrorçuları tərəfindən əsir alınmış, daha sonra şəhid edilmişdi.