İnqilab Rəhbərinin hüzurunda Aşura gecəsinin əzadarlıq mərasimi keçirilib
Hüseyn Aşurası və Ali-Əllah- Əhli-Beyt(ə) hüznü və matəmi gecəsində Həzrət Əba Əbdillah Əl-Husəyn(ə) vurğunlarından minlərlə nəfər Tehrandakı İmam Xomeyni(r.ə.) adına hüseyniyyəyə toplaşaraq, İslam İnqilabının Böyük Rəhbərinin hüzurunda əzadarlıq edibdir.
Bu mərasimdə höccətulislam Ali "Əmr be məruf və nəhy əz munkər"i (yaxşı işlər görməyə və pis işlərdən çəkinməyə tövsiyə və ya göstəriş) ən gözəl və ən insani ilahi fərizə adlandırıb. O, günahın cəmiyyətə göstərəcəyi zərərli təsirlərinə və günaha səbəb olan hərəkətlərin yayılması və adiləşməsinin qarşısının alınması vaciblyinə işarə edərək, söyləyib: Rəvayətlərdə "Əmr be məruf və nəhy əz munkər" qarşısında digər fərizələr dəniz qarşısında bir damlaya bənzədilibdir, zira bu fərizənin düzgün və aqilanə icrası cəmiyyəti süqutdan və pozğunluqdan xilas edir və ilahi nemət və bərəkətlərin nazil olmasına səbəb olur.
Bu mərasimdə cənablar Kərimi və Aineçi Həzrət Seyyiduşşuhəda(ə) və Bəni-Haşim xanədanının aqil qadını Həzrət Zeynəbi-Kübra(s.ə)-nın müsibətləri barədə mərsiyyə və növhə oxuyublar.