İnqilab Rəhbəri: Həcc düşmənlərin təbliğat fəaliyyətlərinin zərərsizləşdirilməsi üçün ən yaxşı füsətdir
İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikası qarşısında beynəlxalq və böyük bir cəbhərnin mövcud olmasına işarə edərək, vurğulayıblar: Həcc fürsəti dünya xalqları ilə əlaqə yaratmaq və qarşı tərəfin təbliğatlarını zərərsizləşdirmək üçün ən yaxşı təbliğat mənbəridir.
Həzrət Ayətullahuluzma Xameneinin Əsərlərinin Qorunması və Nəşri Ofisinin informasiya portalının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri bu gün iranlı hacıların başçısı, eləcə də builki həcc mərasimi üzrə iranlı məsul şəxslərlə görüşdə İran İslam Respublikası qarşısında müxtəlif təbliğat vəsait və imkanlarla təchiz olunmuş, fəal və son dərəcə təhlükəli bir cəbhənin mövcud olmasına işarə edərək, deyiblər: İslami quruluş bu cəbhənin qarşısında dayanmaq və ona qarşı hücuma keçmək üçün böyük imkan və qüdrətə malikdir və bu təhlükəli cəbhə ilə mübarizə yolu, məlumatlandırma, həmçinin fəal və hücum xarakterli təbliğata malikolmadır və həcc bu addım üçün əsas mərkəzlərdən biridir.
Həzrət Ayətullahuluzma Xamenei hacıların hörməti, izzəti və təhlükəsizliyinin qorunmasını öz mühüm nigarançılıqlarından adlandıraraq, belə əlavə ediblər: Məsul şəxslərin hesabatlarına əsasən, builki hacılar əksər hallarda öz hörmət və izzətlərinin qorunmasından razı idilər, hərçənd bəzi hallarda pozuntular barədə məlumat verilibdir ki, bunlar izlənilməlidir.
İslam İnqilabının Böyük Rəhbəri təbliğat toplantıları, müşriklərin rədd olunması mərasimi və komeyl duası kimi hallarda həcc mərasimində İranın insanlar ilə əlaqə imkanlarının dayandırılması və ya məhdudlaşdırılmasını səud dövlətinin İran İslam Respublikasına qarşı hiyləsi adlandıraraq, belə qeyd ediblər: Bu gün İslam dünyasında saysız-hesabsız elita həqiqəti İran İslam Respublikasının dilindən eşitməyə maraq göstərir. Buna görə, komeyl duasının yüksək məzmunları, İslam düşmənlərinin rədd olunması, Qərbin mahiyyətinin ifşası və dünyanın zalım qüvvələri ilə mübarizə kimi mühüm məsələlər modern təbliğat vasitələrilə nüfuzedici sözlər, yaxşı ifadə və dərin dəlillərlə insanlara ötürülməlidir.
Həzrət Ayətullahuluzma Xamenei İrana qarşı mənfi təbliğatların geniş həcmi nəticəsində insanların zehinlərində qaranlıq cəhətin olmasını təbii məsələ adlandırıb və belə qeyd ediblər: Həcc mərasiminin keçirilməsi zamanı səud başçıları tam həyasızlıq və vəhşiliklə televiziyaya çıxaraq, İran İslam Respublikasına qarşı danışdılar və təbiidir ki, bu sözlər digər ölkələrin adi camaatında şübhə yaradır, amma insanlarla əlaqə yaratmaqla şübhələri aradan qaldırın və qarşı tərəfin hasarını qırın.
İslam İnqilabının Böyük Rəhbərinin bəyanatından öncə Vəliyyi Fəqihin nümayəndəsi və iranlı hacıların başçısı, höccətulislam vəlmuslimin Seyid Əli Qazi Əskər, eləcə də Həcc və Ziyarət Təşkilatının sədri Həmid Mohəmmədi builki həcc mərasimində göstərilmiş fəaliyyətlər barədə hesabat təqdim ediblər.