Okt 03, 2017 18:06 Asia/Baku
  • İnqilab Rəhbəri: Düşmənlər İran xalqını cihad yolundan geri döndərməyə çalışırlar
    İnqilab Rəhbəri: Düşmənlər İran xalqını cihad yolundan geri döndərməyə çalışırlar

İslam İnqilabının Böyük Rəhbəri düşmənlərin gənclər xüsusiyyət təşkil etməklə İran xalqının cihad və şəhadət yolundan geri döndərilməsi, İmam Xomeyni(r.ə)-in unudulması və inqilabın aydın xəttinin itirilməsi üzrə çoxlu səylərinə işarə edərək, söyləyiblər: Belə bir şəraitdə gənclərin böyük bir hissəsinin ürəklərinin inqilab anlamlarına cəzb olunması heyrətləndiricidir.

İslam İnqilabının Böyük Rəhbəri ofisinin informasiya portalının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün günorta çağı hərəm müdafiəçilərindən olan şəhid Mohsen Hocəcinin ailəsilə görüşdə bu yüksək dərəcəli şəhidi ilahi nişanə, eləcə də məzlum və başı bədənindən ayrılmış şəhidlərin sözçüsü adlandırıblar. O həzrət xalqın bu şəhidin dəfn mərasimində əzəmətli və misli az görünmüş iştirakına işarə edərək, belə qeyd ediblər: Allah-Taala şəhid Hocəcinin mübarizəsi vasitəsilə İran xalqını əziz və başıuca etdi və onu İslam İnqilabının cari möcüzəsi və gənc inqilabçı nəslin simvolu qərar verdi.

Həzrət Ayətullahuluzma Xamenei şəhid Hocəcinin parlaq, ali və görkəmli adının onun mübarizələri və məzlumcasına şəhadəti nəticəsində bütün İranda yayılmasına işarə edərək, deyiblər: Bütün şəhidlər məzlumdurlar və Mohsen Hocəcidən savayı digər şəhidlər də vardırlar ki, düşmən onların başlarını bədənlərindən ayırıblar və onların hamısı Allahın yanında əziz və yüksək dərəcələrə malikdir, amma Allah-Taala öz hikməti və bu gəncin xüsusiyyətləri əsasında onu həmin şəhidlərin nümayəndəsi və sözçüsü edibdir.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: İran, Əfqanıstan və İraqdan, eləcə də digər məntəqələrdən Amerika və İngiltərənin əlaltıları və təkfirçi quldurlar ilə mübarizədə şəhid olmuş bütün şəhidlər şəhid Hocəcidə xülasə olunur və görünür və Allah onu məzlumcasına və şücaətli şəhadətin simvolu edibdir.

Həzrət Ayətullahuluzma Xamenei bu şəhidin ailəsinin, məsul şəxslərin və bütün İran xalqının şəhid Hocəciyə və onun kimilərinə borclu olduqlarını bildiriblər və şəhidin atası, anası və həyat yoldaşının görkəmli rolunu yüksək qiymətləndirərək, deyiblər: Hərçənd şəhidin itirilməsi onun ailəsi üçün böyük bir müsibətdir, amma Allahın onun vasitəsilə ölkəyə verdiyi izzət onların asayişi və təsəlli mənbəyi olacaq.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin şəhid Hocəcinin əsirlik anındakı ölməz təsvirinə işarə edərək, bu cümlələri vurğulayıblar: Allahın salamı, həyatın ən həssas və təhlükəli anında haqqın, məhv olmaqda olan nahaq qarşısında aşkar və qalib simvolu olmuş bu iftixarlı və başıuca şəhidə olsun. Allahın salamı ona olsun ki, məzlumcasına şəhadət və xalisanə cihadla özünü və bütün xalqı əziz etdi.

Teqlər