Zərif: Qonşular İranın prioritetidir
İran İslam Respublikası xarici işlər naziri çərşənbə gecə öz Twitter səhifəsində yazıb: İran üçün qonşular prioritetdirlər.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Oman kralı və Qətər əmiri ilə görüşlərinə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfərinə toxunaraq bildirib ki, İran üçün qonşular prioritetdir.
İran xarici işlər naziri bazar ertəsi və çərşənbə axşamı günləri ikitərəfli və regionla davamlı məsləhətləşmələr çərçivəsində Oman və Qətərə səfər etdi.
Türkiyə prezidenti də ötən gün yüksək səviyyəli heyətin müşayiəti ilə İran İslam Respublikası rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə Tehrana səfər etdi.
Rəcəb Tayyib Ərdoğan Tehranda İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei və İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə görüşərək danışıqlar apardı.