Okt 05, 2017 18:53 Asia/Baku
  • Salehi: Nüvə anlaşması yenidən müzakirə ediləsi deyildir
    Salehi: Nüvə anlaşması yenidən müzakirə ediləsi deyildir

İranın Atom Enerjisi Təşkilatının sədri bir daha bildirib ki, Əhatəli Müştərək Təşəbbüs Proqramı yenidən müzakirə ediləsi deyildir.

 Əli Əkbər Salehi cümə axşamı günü İRİB-ə verdiyi müsahibədə nüvə anlaşmasının texniki cəhətləri haqda yenidən müzakirəyə dair bəzi ABŞ rəsmilərinin müraciətinə toxunaraq deyib: Nüvə Anlaşmasının digər tərəfləri dəfələrlə qeyd ediblər ki, nüvə anlaşması bir daha müzakirə ediləcək deyildir. 

İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin İranın ABŞ-ın nüvə anlaşmasından birtərəfli qaydada çıxmasına reaksiyası haqda deyib: Sadəcə ABŞ nüvə anlaşmasından çıxarsa, İran İslam Respublikasında nüvə anlaşmasına nəzarət heyəti bu barədə qərar verməlidir. 

İran və 5+1 (Britaniya, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) arasında nüvə anlaşması 2016-cı il yanvar ayından qüvvəyə minib. Lakin bu qrupun üzvlərindən olan ABŞ hökuməti nüvə anlaşmasının icrasından boyun qaçırır. 

ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasının digər tərəflərinin mövqeyinin əksinə olaraq, həmişə Əhatəli Müştərək Təşəbbüs Proqramını dəhşətli anlaşma adlandırıb və onun ləğv edilməsini istəyib. Lakin dünya ABŞ prezidentinin bu hərəkətinə qarşıdır. 

İranın Atom Enerjisi Təşkilatının sədri Romada Amaldi beynəlxalq seminarında çıxış etmək, İtaliya rəsmiləri ilə görüşərək məsləhətləşmə aparmaq, həmçinin bu ölkənin nüvə obyektləri ilə yaxından tanış olmaq məqsədilə bir heyətin müşayiəti ilə İtaliyaya səfər edib. 

Teqlər