Okt 07, 2017 11:16 Asia/Baku
  • Bijən Namdar Zəngənə
    Bijən Namdar Zəngənə

İranın neft naziri dünyada enerji bazarındakı hazırkı duruma toxunaraq deyib: Bazarda stabillik yaratmaq üçün OPEK-ə üzv və qeyri-üzv neft istehsalçısı ölkələr arasında sıx əməkdaşlıq zəruridir.

Press TV-nin məlumatına görə, Qaz İxrac edən Ölkələr Assambleyasına üzv ölkələrin neft nazirlərinn 19-cu iclasında iştirak etmək məqsədilə Moskvada səfərdə olan İranın neft naziri Bijən Namdar Zəngənə neft istehsal edən ölkələrin daha yaxından əməkdaşlıq etmələrini istəyib. 

Zəngənə neft bazarında stabillik bərpa olunana qədər bu əməkdaşlığın davam etməsini vacib adlandırıb. 

İran, Əlcəzair, Boliviya, Misiri, Qvineya-Bisau, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və Birləşmiş Ərəb Əmirlikləri Qaz İxrac edən ölkələr Assambleyasının əsas üzvləridir. 

Hollandiya, Norveç,İraq, Oman, Peru və Azərbaycan Respublikası da bu assambleyanın müşahidəçi üzvləri hesab olunurlar. 

Teqlər