İranın tibb heyəti Banqladeşə səfər edib
Okt 11, 2017 19:50 Asia/Baku
İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi və Qırmızı Aypara Cəmiyyətinin yüksək səviyyəli müdirləri və ekspertlərindən ibarət heyət Maynmanın müsəlman didərginlərinə yardım və onların səhiyyə vəziyyətini araşdırmaq üçün Banqladeş paytaxtı Dakkaya səfər edib.
İRNA-nın məlumatına görə, bu heyət Dakka şəhərindən bölgə düşərgələrinə gedərək onların vəziyyəti ilə yaxından tanış olacaq və Myanma didərginlərinə yardım etmək haqda lazımi koordinasiyalar edəcək.
İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin rohinca müsəlmanlarına üçüncü humanitar yardım paketi çərşənbə axşamı göndərilib.
İranın Qırmızı Aypara Cəmiyyəti indiyə qədər Myanma müsəlmanlarına kömək üçün 130 ton humanitar yardımı Banqladeşə göndərib.