Okt 17, 2017 19:49 Asia/Baku
  • İslam inqilabının böyük rəhbəri Myanma müsəlmanlarına yardım ediblər
    İslam inqilabının böyük rəhbəri Myanma müsəlmanlarına yardım ediblər

İranın Qırmızı Aypara Cəmiyyətində vəliyyi fəqihin nümayəndəsi və bu cəmiyyətin sədrinin islam inqilabının böyük rəhbərinə Myanmada baş verən faciəli hadisələr nəticəsində Ruhinca müsəlmanlarının düçar olduqları acınacaqlı vəziyyət barədə ünvanladığı məktubun ardınca Həzrət Ayətullahül-üzma Xamenei Myanmanın məzlum və pənahsız müsəlmanlarına yardım üçün 10 milyard riyal ayırıblar.

Həzrəti Ayətullahül-üzma Xameneinin əsərlərinin mühafizəsi və nəşri ofisinin informasiya portalının verdiyi məlumata görə, Vəliyyi fəqihin Qırmızı Aypara Cəmiyyətindəki nümayəndəsinin islam inqilabının böyük rəhbərinə məktubunda Myanmada baş verən insani faciə və yüz minlərlə müsəlmanın didərgin düşməsinə toxunulub və QAC-nin didərginlərə yardımları barədə hesabat təqdim olunub. 

Yayılmış statistikalara görə, Myanma ordusunun Raxin vilayətində ruhinca müsəlmanlarına hücumları nəticəsində avqustun 25-dən indiyədək 6 mindən çox müsəlman öldürülüb, 8 min yaralanıb və 500 mindən çox müsəlman Banqladeşə qaçıb. 

Teqlər