Azərbaycan prezidenti Tehrana daxil oldu
Azərbaycan prezidenti İlham Əliyev üçtərəfli sammitdə iştirak məqsədiilə Tehrana daxil olub.
İlham Əliyev bu gün səhər Tehranın Mehrabad hava limanına daxil olduqdan sonra İranın iqtisadiyyat və maliyyə naziri habelə, İran - Azərbaycan Müştərək İqtisadi Əməkdaşlıq Komissiyasının iranlı həmsədri Mahmud Kərbasiyan tərəfindən qarşılanıb.
Azərbaycan prezidentini rəsmi qarşılama mərasimi Sədabad Saray Kompleksində İran İslam Respublikası prezidenti Həsən Ruhaninin iştirakı ilə keçiriləcək.
Rusiya prezidenti Vladimir Putin də üçtərəfli sammitdə iştirak məqsədi ilə Tehrana səfər etməlidir.
İran, Azərbaycan və Rusiya prezidentlərinin 2-cü üçtərəfli görüşü bu gün Tehranda olacaq.
Siyasi, iqtisadi, mədəni və ictimai sahələr üzrə əməkdaşlıq yollarının araşdırılması, son regional və beynəlxalq olayların dəyərləndirilməsi, şimal-cənub dəhlizi barədə fikir mübadiləsinin aparılması və Ətraflı Müştərək Təşəbbüs Proqramının(ƏMTP, nüvə anlaşması) icra gedişinin araşdırılması üçtərəfli Tehran sammitinin əsas mövzularıdır.
İran, Azərbaycan və Rusiya prezidentlərinin ilk üçtərəfli sammiti 2016-cı ilin avqustunda Bakıda baş tutmuşdu.