Almaniya ƏMTP-ni qətiyyətlə himayə edir
Almaniyanın İrandakı səfiri Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramına qarşı son strategiyasından nigaran qaldığını bildirərək deyib: ƏMTP təhlükəyə salınmamalı olan bir nailiyyətdir.
İRİB-in verdiyi məlumata görə, Maykl Klaver Breştold bu gün Almaniyanın Tehranda ilk ticarət mərkəzinin açılışı mərasimində Berlinin nüvə sazişinin effektli olmasındakı roluna toxunub və deyib: Almaniya daima İranla nüvə sazişiinə dəstək vermişdir və bu dəstək gələcəkdə də davam etdiriləcək.
Maykl Klaver Breştold İran və Almaniya arasında iqtisadi əməkdaşlıqlar barədə deyib: Son iki il ərzində Almaniyanın İrana ixracatı 15 faiz artıb və daha çox investisiya malları eləcə də zavodlarda istifadə olunan təchizatlardan ibarətdir.
Breştold İranın Almaniya üçün yaxşı ortaq olduğunu bildirərək deyib: İki ölkə arasında tarixi ortaqlıqlardan əlavə İran Almaniya ilə əlaqələrin genişləndirilməsində yaxşı potensiallara malikdir.
Almaniyanın Tehrandakı ticarət mərkəzi, iki ölkənin iqtisadiyyat sahəsindəki fəallarının qarşılıqlı fəaliyyətlərini İran-Almaniya müştərək ticarət və sənaye palatasının nəzarəti altında asanlaşdırmaq məqsədi ilə yaradılıb.
Palataya indiyədək 2 min 600 şirkət üzv olub.
İran və Almaniya ticarət və sənaye palatasının 40 illik fəaliyyət keçmişi var.