Noy 03, 2017 20:18 Asia/Baku
  • Vilayəti S.H.Nəsrullah ilə görüşüb
    Vilayəti S.H.Nəsrullah ilə görüşüb

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bu gün Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.

İki tərəf bu görüşdə İran və Livan məsələləri və son region olayları barədə fikir mübadiləsi aparıb.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri bu görüşdən sonra müxbirlər qarşısında vurğulayıb ki, iki ölkənin əlaqələri yaxşı və səmərəlidir. O, deyib: İran İslam Respublikası daim Livanın istiqlaliyyətini himayə edir.

 

Teqlər