Noy 04, 2017 21:28 Asia/Baku
  • Qasimi: Həririnin istefası və bəyanatı regionda növbəti çaxnaşmanın ssenarisidir
    Qasimi: Həririnin istefası və bəyanatı regionda növbəti çaxnaşmanın ssenarisidir

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səd Həririnin Livanın baş naziri vəzifəsindən istefa verməsinin Livan və regionda çaxnaşma yaratmaq üçün yeni ssenarinin göstəricisi olduğunu deyib.

Bəhram Qasimi bu gün Həririnin İranın regiondakı roluna qarşı bəyanatlarını rədd edərək deyib: Sionistlərin, səudiyyəlilərin və amerikanların İrana qarşı əsassız iddialarının Livanın istefa vermiş baş naziri tərəfindən təkrarlanması sübut edir ki, bu istefa da Livan və regionda çaxnaşma yaratmaq üçün yeni ssenaridir, amma Livanın sarsılmaz xalqı bu mərhələni də asanlıqla arxada qoyacaq. 

Qasimi deyib: İran daima region ölkəlrində sülh və sabitliyin mühafizəsini istəyir və öz mənafeyini bütün qonşu və region ölkələrinin iqtisadi inkişafında görür və məhz buna görə də, terrorçu qrupların destabillik yaratmaq cəhdləri ilə mübarizəni öz regional siyasəti üçün prooritet seçmişdir. 

İranın XİN sözçüsü deyib:  Səd Həririnin qəfil istefası və bunu başqa bir ölkədə bildirməsi nəinki təəcüb və təəsüfə səbəb olur hətta onun regionun bədxahlarının meydançasında oynadığını göstərir. Bu meydançanın qalibi öz varlığını regionun müsəlman ölkələri arsında çaxnaşmada görə sionist rejimdir . 

İran XİN sözçüsü Tehran ilə Beyrut arasında əlaqələrin yüksək səviyyədə olduğunu xatırladaraq deyib: Livanın prezidenti Mişel Ounun da son günlərdə dediyi kimi İran Livanla yüksək səviyyədə siyasi əlaqələrə malikdir və o İranın Livana müdaxilə ittihamını rədd etdi. İran daima Livanın müstəqilliyi və sabitliyinin mühafizəsinə hörmətlə yanaşır və iki ölkəni maraqlandıran sahələrdə qarşılıqlı əməkdaşlıqlara hazır olduğunu həmişə bildirmişdir.  

Teqlər