M.Rezayi: Ərəbistan Livanda yeni avantüra ardıncadır
İranın Məsləhət Şurasının katibi deyib: Ərəbistan sionist rejimin dəstəyi ilə bu dəfə Livanda yeni avantüra ardıncadır.
İranın Məsləhət Şurasının katibi Mohsen Rezayi bu gün müxbirlər qarşısında bildirib ki, Ərəbistan Livanda daxili ixtilaflar törətmək ardıncadır. O, əlavə edib: Livanın baş naziri Səəd Həririnin istefa verməsi səudların Livandakı hədəflərinin reallaşması istiqamətindədir.
İranın Məsləhət Şurasının katibi həmçinin Ərəbistanın Livandakı təfriqə mahiyyətli planını məğlub olmuş plan adlandırıb.
Səəd Həriri dünən Ərəbistanda öz vəzifəsindən istefa verib. O, sonra İranı Livan daxil olmaqla ərəb ölkələrinin işlərinə müdaxilədə ittiham və iddia edibdir ki, Livan Hizbullahı İranın regiondakı qoludur.
Səəd Həririnin İran barədəki iddiası elə bir haldadır ki, İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti cümə günü Beyrutda Səəd Həriri ilə görüşdə onun başçılıq etdiyi Livan dövlətini himayə etmişdi.
Ekspertlər, eləcə də Livanın keçmiş və hazırkı rəsmiləri Livanın baş naziri Səəd Həririnin gözlənilməz istefasının əsas amilini Ali-Səudun təzyiqləri hesab edirlər.