Hindistandan Əfqanıstana buğda tranziti İran vasitəsi ilə həyata keçir
Hindistanın Əfqanıstana yolladığı 11- tonluq buğda yükünü aparan ikinci gəmi İranın cənub-şərqində Çabəhar limanına yan alıb.
İRİB-in məlumatına görə, Sistan və Bəluçestan vilayətinin liman və dənizçilik idarəsinin baş direktoru Behruz Ağayi deyib: Bu gəmidə 655 konteyner vardır və Hindistanın Kandlay limanında yüklənib.
Behruz Ağayi əlavə edib: Həyata keçirilən səylər və investisiyalarla Çabəhar limanının tranzit inkişafı reallaşıb və yaxın gələcəkdə Çabəhar limanı istiqamətində çoxlu tranzit yollarının şahidi olacağıq.
Hindistanın Əfqanıstana ilk böyük buğda yükü çərşənbə günü 1 noyabrda Çabəhar limanına yan almış və Hindistan, Əfqanıstan və İran rəsmiləri tərəfindən müsbət qarşılanmışdı.
İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətini sərhəd və coğrafi mövqeyi beynəlxalq sulara çıxışı ilə və Asiya, Avropa və Afrika arasında tranzitin inkişafında xüsusi əhəmiyyət daşıyır.