Zərif: Həririnin istefası üçün daxili səbəblər yoxdur
İran xarici işlər naziri çərşənbə axşamı günü İranPress müxbirinə verdiyi eksklüziv müsahibədə Livan baş naziri Səd Həririnin istefasına reaksiyada deyib: Bütün faktlar bu reallığı əks etdirir ki, Livanda bu istefa üçün heç bir səbəb olmayıb.
Səd Həriri şənbə günü Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda gözlənilməz hərəkətdə Livanın baş naziri vəzifəsindən istefa verdiyini elan edib.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Səd Həririnin Livan baş naziri vəzifəsindən istefa verməsinin səbəblərinin aydınlaşması üçün onun ölkəsinə qayıtması və bu barədə açıqlama verməsinin gözləməyin lazım gəldiyini bildirərək ümidvarlıq edib ki, Livan xalqı, parlamenti, hökumət və prezident koordinasiya və birgə səylə bu ölkədə sülh və stabilliyin qorunması istiqamətində addım atacaqlar.
Zərif Livanda hökumətin təşkili və prezidentin təyin olunmasının stabilliyin bərpa olunması istiqamətində önəmli addım olduğunu bəyan edərək deyib: Təəssüflər olsun ki, bəzi region ölkələri regionda stabilliyə dözə bilmirlər.
İran xarici işlər naziri həmçinin Rusiya və Britaniya xarici işlər nazirləri ilə telefon söhbətlərinə toxunaraq deyib: Regional təhlükəli olaylar, xüsusilə də Səudiyyə Ərəbistanı rəsmilərinin reallığa, BMT Əsasnaməsinə və beynəlxalq hüquqa zidd əsassız açıqlamalar və iddiaları bu müzakirələrinin əsasını təşkil edirdi.
Məhəmməd Cavad Zərif əlavə edib: Bu danışıqlarda qarşıdurmalara son qoymaq, Yəmənin məzlum xalqının bombalanmasını durdurmaq, Yəmən, Livan və digər bölgələrdə sülh və stabilliyin bərpa olunmasına səy göstərməyə dair İranın xarici siyasətinin davamı bir daha vurğulandı.
İran xarici işlər naziri xatırladıb: İran İslam Respublikası həmişə bu qənaətdədir ki, siyasi həll yoluna çatmaq üçün çalışmaq lazımdır və regionda hərbi hərəkətlər heç vaxt həlledici olmayacaq.