Noy 08, 2017 13:04 Asia/Baku
  • Ruhani: İran daim Livan xalqının kənarında olacaq

İran İslam Respublikasının prezidenti Tehran-Beyrut əlaqələrini dostcasına və inkişafda olan əlaqələr adlandırıb. O, əminlik veribdir ki, İran daim Livan xalqının kənarında olacaq və bu ölkədə sabitliyin gücləndirilməsi çərçivəsində əlindən gələni əsirgəməyəcəkdir.

Həsən Ruhani Səəd Həririnin Livanın baş nazirliyindən istefa verməsinin ardınca dünən gecə bu ölkənin prezidenti Mişel Oun ilə telefon əlqəsi saxlayaraq, deyibdir ki, İran İslam Respublikası daim Livan daxil olmaqla region ölkələrində sülh və sabitliyin qorunmasını istəyir.

İran İslam Respublikasının prezidenti vurğulayıb: Şübhə yoxdur ki, Livan xalqı bacarıqla yeni fitnədən yaxşı şəkildə keçib gedə biləcək və Livanın terrorçuların yenidən iştirakı üçün bir fürsətə və bu ölkədən kənar qüdrətlərin qarşıdurmaları üçün bir meydana çevrilməsinə icazə verməyəcək.

Livan prezidentinin Livanda dinclik, stabillik və bu ölkə xalqının ölkədəki yeni hadisələr qarşısındakı sayıqlığına dair sözlərinə işarə edən İran prezidenti deyib: Şübhəsiz, Livanın xalqı və ordusunun sayıqlığı və bu ölkə prezidentinin dəyərli təcrübələri, taktikası və müdiriyyəti ilə bu ölkədə sabitlik yaxşı şəkildə qorunub saxlanacaqdır.

Livan prezidenti də İran prezidenti ilə telefon söhbətində qarşılıqlı əlaqələrin iki ölkəni maraqlandıran bütün sahələrdə genişəndirilməsini istəyib.

Mişel Oun həmçinin ölkəsindəki son dəyişikliklərə və Səəd Həririnin Livanın baş nazirliyindən istefa verməsinə toxunaraq, deyib: Hazırkı durum hərçənd çətindir, lakin Livanda dinclik və sabitlik bərqərardır və xalq bu hadisələr qarşısında tamamilə sayıqdır.

Livan prezidenti söyləyib: Bütövlükdə Livanda fitnə törətmək istəyən bəzi zəif səslərə rəğmən, Livan və livanlılar dinclikdə öz fəaliyyətlərini davam etdirirlər.

Livan prezidenti habelə ümidvarlıq edibdir ki, münasib bir fürsətdə Tehrana rəsmi səfər edəcək.

 

 

Teqlər