Noy 08, 2017 17:01 Asia/Baku
  • Rəvançı fransalı rəsmi ilə görüşüb

İran İslam Respublikası xarici işlər nazirinin Amerika və Avropa məsələləri üzrə müavini Məcid Təxte Rəvançi və Fransanın Avropa və xarici işlər nazirinin əvəzedicisi Qordo Montayn dünən gecə Parisdə görüşüblər.

Təxte Rəvançi-Qordo Montayn görüşündə İranın mühüm bir oyunçu kimi əhəmiyyəti, regional məsələlərin həlli üçün iki ölkənin ardıcıl müzakirələri, Fransa və Avropa ölkələrinin nüvə anlaşmasının icrası barədə daha ciddi mövqe tutmaları vacibliyi və Amerikanın bu məsələyə sədaqətsizliyi vurğulanıb.

İki tərəf həmçinin Fransa xarici işlər naziri Jan İv Le Drianın Tehran səfərinə işarə edərək, bu səfəri ikitərəfli və regional həmkarlıqlar və məsələlər barədə fikir mübadiləsi istiqamətində mühüm bir fürsət adlandırıb. 

Təxte Rəvançi Fransa rəsmilərilə görüş məqsədilə dünən Parisə daxil olub.

Teqlər