Noy 14, 2017 13:51 Asia/Baku
  • Ruhani: İran xalqı, dövləti və silahlı qüvvələri Kermanşah əhalisinin kənarındadır
    Ruhani: İran xalqı, dövləti və silahlı qüvvələri Kermanşah əhalisinin kənarındadır

İran İslam Respublikası prezidenti Həsən Ruhani bütün İran xalqının Kermanşah əhalisinin kənarında olduğunu deyib: "İran xalqı, dövləti və silahlı qüvvələri var gücü ilə Kermanşah əhalisinin kənarındadır."

Zəlzələdən zərərçəkmiş məntəqələrə baxış keçirmək məqsədi ilə bu gün səhər Kermanşaha səfər edən İran İslam Respublikası prezidenti Həsən Ruhani jurnalistlər qarşısında verdiyi açıqlamada ilk olaraq zəlzələdə yaxınlarını itirmiş insanlara başsağlığı verib və deyib: İran hökuməti bütün imkanları ilə zəlzələdən zərərçəkənlərə yardım etmək üçün səfərbər olub və mümkün olan ən qısa zaman ərzində yaranmış problemlərin həll edilməsinə çalışacaq. 

H.Ruhani bu gün bütün iranlıların Kermanşah əhalisini düşündüyünü deyərək, əlavə edib: Hamı əl-ələ verməli və zəlzələnin yaratdığı problemlərin aradan qaldırılması üçün var gücü ilə çalışmalıdır. 

İran prezidenti həmçinin, bu acı hadisəyə görə İran xalqının kədərini bölüşən bütün ölkələrə təşəkkür edib. 

Teqlər