Noy 17, 2017 14:54 Asia/Baku
  • Tehranın müvəqqəti imamcüməsi: Livan xalqının birliyi Ərəbistanın planlarını zərərsizləşdirir

Tehranın bu həftəki cümə namazının xətibi deyib: Livan xalqının birliyi İsrail rejimi, ABŞ və Ali-Səudun məkrli planlarının zərərsizləşməsi mənasındadır.

Ayətullah Məhəmməd İmami Kaşani Tehranın buhəftəki cümə namazı xütbələrində Livan baş naziri Səd Həririnin Ər-Riyadda istefa verməsinə toxunaraq əlavə edib: Bu məsələ düşmənin regionda və Livanda islam ölkələri üçün gərginlik yaratmaq və məkrli planları icra etmək niyyətində olduğunu göstərir. Lakin Allahın lütfü ilə Livan xalqı və vətəndaşları ayıq-sayıqdır.

Tehranın buhəftəki cümə namazının xətibi Livan xalqı, xüsusilə Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahı alqışlayaraq deyib: Səd Həriri Livana qayıdarsa, hamı onu qarşılayacaq, bu isə Ali-Səudun məkrli planının zərərsizləşməsi mənasındadır.

O həmçinin Ali-Səud rejiminin bölgədə, xüsusilə də Yəməndəki cinayətlərinə toxunub və deyib: Ali-Səud rejimi islam ölkələrinə hücum etmək üçün İsrail rejiminə maliyyə yardımı edəcək qədər bədbəxt və zəlildir.

Tehranın müvəqqəti imamcüməsi xatırladıb: Bu gün dünya həssas şəraitdədir və müsəlman xalqlar düşmənlərin məkrli planları qarşısında birləşməlidirlər.

Ayətullah Məhəmməd İmami Kaşani sonda İranın qərbində zəlzələnin baş verməsi və bir çox vətəndaşın həlak olmasına toxunub və deyib: ABŞ prezidentinin İranda zəlzələdən zərərçəkənlərə kömək etməməyə dair açıqlaması, şər adamın ağzından çıxan çirkin sözdür. Dünya o qədər bədbəxtdir ki, ABŞ prezidenti belə danışır.

Teqlər