Əmir Abdullahian Suriya xalqını təbrik edib
https://azeri.sahartv.ir/news/İran-i286803-Əmir_abdullahian_suriya_xalqını_təbrik_edib
İran İslam Şurası Məclisinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Suriyanın Bukamal sərhəd şəhərinin azad olunması ardınca təbrik müraciəti verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2017 13:53 Asia/Baku
  • Əmir Abdullahian Suriya xalqını təbrik edib

İran İslam Şurası Məclisinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Suriyanın Bukamal sərhəd şəhərinin azad olunması ardınca təbrik müraciəti verib.

Hüseyn Əmir Abdullahian öz Twitter səhifəsində Suriyanın Bukamal sərhəd şəhərinin azad olunması, İŞİD terror qruplaşmasının məğlub olması münasibəti ilə Suriya ordusu, xalqı və prezidentini təbrik edib və hərə müdafiəsi şəhidlərinin xatirəsini yad edib. 

Suriya ordusu müttəfiqləri əməliyyat palatası bazar günü Deyruz-Zur vilayətində Bukamal şəhərinin tam azad olunduğunu elan edib.