Dek 06, 2017 13:25 Asia/Baku
  • Qələbə islam ümməti ilədir və Fələstin azad olunacaq
    Qələbə islam ümməti ilədir və Fələstin azad olunacaq

İslam İnqilabının Böyük Rəhbəri qələbənin islam ümməti ilə olduğunu deyib və bildiriblər: Fələstin azad olunacaq və Fələstin xalqı qələbəyə çatacaq.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü səhər Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) və İmam Sadiqin (ə) mövludu ilə bağlı səadətli bir gündə üç qüvvələrin başçısı, bir qrup dövlət rəsmisi, islam ölkələrinin səfirləri və İslam Vəhdəti Beynəlxalq Konfransının qonaqlarını qəbul ediblər. 

İnqilab Rəhbəri bildiriblər: Qüdsü işğal olunmuş Fələstinin paytaxtı etmək, onun iddiasında olanların zəiflik və acizliyinin nişanəsidir. Fələstin məsələsində onların əli bağlıdır və məqsədlərini irəlilədə bilməzlər. 

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Bu gün düşmənlər islam ümməti və peyğəmbərin yolu qarşısında sıraya düzülmüşlər. ABŞ, beynəlxalq imperializm, sionist rejim, mürtəcelər və şəhvətpərəstlər islam ümməti qarşısında sıraya düzülmüşlər. 

İnqilab Rəhbəri ABŞ, sionist rejim və onun regiondakı ardıcıllarını zəmanənin Fironu adlandırıb və deyiblər: ABŞ rəsmiləri regionda müharibə yaratmaq ardıncadırlar. Belə ki, sionist rejimin təhlükəsizliyi qorunsun. Təəssüflər olsun ki, regional hakimlər və ziyalılar ABŞ-ın çaldığı havaya oynayırlar. 

İslam İnqilabının Böyük Rəhbəri İslam Respublikasının müsəlman xalqlarla heç bir ixtilafının olmadığını və birlik tərəfdarı olduğunu bildirərək xatırladıblar: Qarşısında, müharibə ardınca olanlar, siyasətləri müharibə olanlar, bütün bunlar qarşısında biz nəsihət veririk. Bizim məqsədimiz nəsihətdir. Quranda qeyd olunduğu kimi bəzi region dövlətlərinin işinin aqibəti özlərinin məhvidir. 

Teqlər