Terror və radikal qruplar əleyhinə islam ölkələrinin birləşməsi vurğulandı
https://azeri.sahartv.ir/news/İran-i288441-terror_və_radikal_qruplar_əleyhinə_islam_ölkələrinin_birləşməsi_vurğulandı
Vəliyyi-Fəqihin İranın həcc və ziyarət məsələləri üzrə nümayəndəsi məntiqə əsaslanan islamın genişləndirilməsi və radikallıq qarşısında onun müsəlmanlar üçün bəyan olunmasını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2017 15:29 Asia/Baku
  • Terror və radikal qruplar əleyhinə islam ölkələrinin birləşməsi vurğulandı

Vəliyyi-Fəqihin İranın həcc və ziyarət məsələləri üzrə nümayəndəsi məntiqə əsaslanan islamın genişləndirilməsi və radikallıq qarşısında onun müsəlmanlar üçün bəyan olunmasını vurğulayıb.

İRNA-nın məlumatına görə, Höccətülislam Əli Qazi Əsgər Rusiya Müftilər Şurasının sədri Ravil Eynəddinlə Moskvada görüşdə İran və Rusiyanın terrorizm və radikallıq əleyhinə mübarizədə əməkdaşlığına toxunub və əlavə edib: Terrorçular Suriya və İraqda iqtidarı ələ keçirsəydilər, hazırda region və dünyanın vəziyyəti başqa formada idi. 

Vəliyyi-Fəqihin İranın həcc və ziyarət məsələləri üzrə nümayəndəsi həmçinin Rusiya Müftilər Şurası sədrinin bu ölkə müsəlmanlarının birliyinə səy və radikallıqla mübarizə üzrə fəaliyyətini alqışlayıb. 

Höccətülislam Əli Qazi Əsgər İran İslam Respublikasının həcc və ziyarət sahəsindəki təcrübə və potensiallarına toxunub və İran tərəfinin həcc sahəsində Rusiya tərəfi ilə əməkdaşlıq və təcrübələri mübadilə etməyə hazır olduğunu bildirib. 

Rusiya Müftilər Şurasının sədri Ravil Eynəddin də bu görüşdə İŞİD terror qruplaşması ilə mübarizənin əhəmiyyəti, onun region, xüsusilə də Qafqaz və Mərkəzi Asiyadakı təhlküəsini xatırladıb və deyib: Rusiya, İran və Türkiyədə radikallıqla mübarizə məqsədilə müsəlmanların birliyi və ənənəvi yerinə məntiqə əsaslanan islamın alternativ olması zəruridir. 

Vəliyyi-Fəqihin İranın həcc və ziyarət məsələləri üzrə nümayəndəsi ötən gün Rusiya Federasiyası Şurasının sədr əvəzi İlyas Omaxanovla Moskvada görüşüb və İran və Rusiyanın terrorizmlə mübarizənin bayraqdarı olduğunu vurğulayıb.