Laricani: Tramp Ərəb və islam amallarını sionist rejimə qurban verdi
İran İslam Respublikası İslami Şura Məclisinin sədri deyib: ABŞ prezidentinin Qüdsü İsrail rejiminin paytaxtı elan etməsi, sionist rejim ilə əlaqələri adiləşdirmək və Fələstin mövzusunu unutdurmaq istiqamətində bəzi ərəb ölkələri ilə ahəngdar təşəbbüs idi.
Əli Laricani bu gün İslami Şura Məclisinin açıq iclasında deyib: Amerika region ölkələrinin ona qarşı əliaçıqlığını bütün ərəb və islami amalları sionist rejimin ayağına tökməklə cavablandırdı.
İran parlamentinin sədri deyib: İslami və ərəb ölkələri öz hesablarını Amerika və İsraildən ayırmazlarsa onlarda abır qalmayacaq və müsəlman xalqları özlərinə qarşı görəcəklər.
Laricani bəzi ərəb ölkələrinin rəftarının müsəlman ictimaiyyətə ən böyük zərbəni vurduğunu bildirərək deyib: Müsəlman ölkələr xüsusiylə də ərəb ölkələrinin Amerikaya qarşı vahid mövqe tutacağı və əməli təşəbbüslər həyata keçirəcəyinə ümid edirirk.
Laricani həmçinin müsəlman ölkələrini Amerikanın həyasızlığı qarşısında bu ölkə ilə öz siyasi əlaqələrini kəsməyə çağırıb.