Qasemi: İran daim Fələstin xalqının hüquqlarını müdafiə etməyə çalışır
https://azeri.sahartv.ir/news/İran-i290237-qasemi_İran_daim_fələstin_xalqının_hüquqlarını_müdafiə_etməyə_çalışır
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası Fələstin xalqının hüquqlarını müdafiə etmək üçün adi diplomatik metodlardan istifadə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2017 13:29 Asia/Baku
  • Qasemi: İran daim Fələstin xalqının hüquqlarını müdafiə etməyə çalışır
    Qasemi: İran daim Fələstin xalqının hüquqlarını müdafiə etməyə çalışır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası Fələstin xalqının hüquqlarını müdafiə etmək üçün adi diplomatik metodlardan istifadə edir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün daxili və xarici müxbirlərlə həftəlik brifinqində İranın TeleRadio Təşkilatının sərhədaşırı bölməsi müxbirinin İslam dünyasının ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı elan etmək üzrə hərəkətinin pislənilməsinin davam etdirilməsi üzrə inteqrasiyası barədə qeyd edib ki, İran Donald Trampın qeyri-adi hərəkətləri qarşısında müxtəlif yollarla səy göstərəcəkdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi İslam ölkələrinin Türkiyənin İstanbul şəhərində Qüdsi-Şərif mövzusunda keçirilmiş fövqəladə sammiti və xarici işlər nazirlərinin iclasında qəbul olunmuş sənədlər barədə deyib: İran İslam Respublikası Fələstin xalqının qəti haqqını himayə edərək, bildirib ki, İslam ölkələrinin xarici işlər nazirlərinin iclasında qəbul olunmuş qərarı və iclasın yekun bəyanatını qətiyyətlə himayə etmək heç bir vəchlə qəsbkar və saxta sionist rejimin İran İslam Respublikası tərəfindən tanınması demək deyildir.

Qasemi əlavə edib: Ümid edirəm ki, İslam dünyası və Ərəb dünyası kənar məsələlər, həmçinin daxili rəqabətlər və qarşıdurma ilə məşğul olmaq yerinə, İslam dünyası və Ərəb dünyasında əsas bir mövzu, məqsədyönlü və böyük amal ilə məşğul olacaqlar ki, o da Fələstin və Qüdsi-Şərif məsələsidir.

Bu gün müşahidə etdiyimiz məsələ hər halda sionist rejimə dəstək istiqamətində maksimum səy göstərən kəslərin və əcnəbi qüdrətlərin istəyidir və sionist rejimin özü də həmişə regionda səy göstəribdir ki, təfriqə salsın. Bu rejim məzlum Fələstin xalqının müdafiəsi istiqamətində vahid bir hərəkətə və səsə icazə vermir.