Ruhani: Fransa münafiqlər qarşısında öz qanuni vəzifəsini yerinə yetirsin
İran İslam Respublikası prezidenti terrorçu münafiqlər qruplaşmasının Parisdə İran xalqı əleyhinə fəaliyyəti və İranda zorakılığa təhrik və təşviqini tənqid edərək deyib: İran Fransadan terrorizm və radikallıqla mübarizə çərçivəsində bu terror qruplaşması qarşılığında öz qanuni vəzifəsini yerinə yetirməsini gözləyir.
Həsən Ruhani çərşənbə axşamı günü Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində İrana demokratiyanın hakim olduğuna toxunub və deyib: Zorakılığa təşviq etməyin qanuni azadlıqlar, tənqid və tələblərin bəyan olunması heç bir vəchlə əlaqəsi yoxdur və heç bir ölkə öz vətəndaşlarının təhlükəsizliyi haqda diqqətsizlik etmir.
İran İslam Respublikasının prezidenti həmçinin İranın raket və müdafiə proqramlarının beynəlxalq qətnamələri heç vaxt pozmadığını qeyd edərək deyib: İran heç vaxt öz müdafiəsi üçün ehtiyac duyduğunu əldə etməyə şübhə etməyəcək.
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq və qaydalar çərçivəsində Əhatəli Müştərək Təşəbbüs Proqramında öz öhdəliklərinə sadiq qaldığını diqqətə çatdıran Ruhani əlavə edib: Beynəlxalq razılaşma olan nüvə anlaşması hamının xeyrinə olmuşdur və İran nüvə anlaşmasında mənafeyə sahib olduğunu hiss etdiyi zamana qədər ona sadiq qalacaq.
Fransa prezidenti Emmanuel Makron da bu telefon söhbətində deyib: Fransa heç vaxt terror qruplaşmalarını dəstəkləməyib və Fransadan başqa ölkələrə qarşı addım atmaq icazəsi verməyəcək.
Fransanın İranı heç vaxt regionda pisliklər mehvəri hesab etmədiyini bildirən Makron deyib: Fransa İŞİD-in məhvində İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Qüds qüvvələrinin sahib olduğu rolu heç vaxt inkar etmir və bu iştirakı alqışlayır.
Fransa prezidenti həmçinin deyib: Fransa nüvə anlaşmasının icrasına tam sadiqdir və onu beynəlxalq sülh və stabilliyin xeyrinə hesab edir.