Müdafiə naziri: Regionun əsas problemi terrorizm və daxili ixtilaflardır
İranın müdafiə naziri deyib: Regionun əsas problemi terrorizm və daxili ixtilaflardır. Bunun müstəmləkəçilik, imperializm və regiondan kənar müdaxilələr və işğalçılıqda kökü vardır və onun bariz nümunəsi Fələstinin yeddi dekadalıq işğalıdır.
General-mayor Əmir Hatəmi bazar ertəsi günü Tehranda 2-ci Beynəlxalq Təhlükəsizlik Konfransında Qərbi Asiya olaylarına münasibət bildirib və deyib: Region hadisələrinin mürəkkəbliyi oyunçuların sayının çoxluğu, regiondan kənar oyunçuların müdaxiləsi və uzaqgörənlik olmadan rəqabətin yaradılmasındadır.
İranın müdafiə naziri bildirib: Yaxın Şərq olayları əcnəbilər və regiondan kənar qüvvələrin müdaxiləsi ilə istiqamətləndirilir, Qərbi Asiyada çəkişmələr meydanının formalaşmasında bəzi region dövlətlərinin asılılığı, məlumatsızlığı və aldanması təsirsiz deyildir.
General Hatəmi regiondan kənar müdaxilələri region ölkələrinin əmlakını qarət etmək üçün onların asılılığının möhkəmləndirmək məqsədi daşıdığını bildirərək deyib: İlk öncə ABŞ-ın strateji planı və SSRİ ilə mübarizə aparmaq məqsədilə yaradılan terror qruplaşmaları hazırda yeni nəsillərə, yəni əl-Qaidə, Ən-Nüsrə Cəbhəsi və İŞİD-ə çevrilmişdir.
Hatəmi xatırladıb: Qərbi Asiya regionu streteji keçid dövründədir və region xalqları öz kimliyini anlamış və münasib gələcək haqqında danışırlar.
İranın müdafiə naziri həmçinin ABŞ-ın Yaxın Şərq regionunu idarə etmək üçün aciz olduğunu əks etdirdiyini bildirərək deyib: ABŞ-ın bu yararsızlığa cavabı digər ölkələri suçlamaq, təxribat və İranofobiyadır.
General Əmir Hatəmi İranı region xalqlarının taleyi qarşısında məsuliyyətli dövlət adlandırıb və əlavə edib: ABŞ-ın yetişdirdiyi terrorizm, yəni İŞİD-in məhv edilməsində İraq və Suriya xalqları, dövlətləri və ordularını dəstəkləmək İranın regiondakı məsuliyyətli olmasının meyarlarındandır.