Yan 08, 2018 19:15 Asia/Baku
  • Ruhani: ABŞ dövləti səhvlərini təkrarlayır
    Ruhani: ABŞ dövləti səhvlərini təkrarlayır

İran İslam Respublikası prezidenti Amerikanın yeni administrasiyasının İran xalqına qarşı səhvlərinə toxunaraq deyib: Amerika İran xalqı ilə qarşılaşmaq istiqamətində seçdiyi yollarda davamlı olaraq məğlubiyyətə uğrayır və son günlərdə BMT Təhlükəsizlik Şurasında Amerikanın siyasi imici məhv oldu.

Həsən Ruhani bu gün İqtisadiyyat və Maliyyə Nazirliyinin rəsmiləri ilə görüşündə İranın region və dünyadakı təsirli mövqeyinə və düşmənlərin İranda hərc-mərclik yaratmaq cəhdlərinə toxunaraq deyib: İran İslam Respubliaksı sərt düşmənlərlə qarşı-qarşıyadır və bu gün də regionda bəziləri sionist rejim və Amerikanın kənarında İranla düşmənçilik edirlər. 

İran Prezidenti deyib: Xalqımız vaxtı ilə amerikalıları İrandan qovdular və Vaşinqtonun İran xalqı ilə düşmənçiliyinin səbəbi də elə bu mövzudur. 

Ruhani deyib: Amerika BMT TŞ-də daimi üzvlüyündən İranın daxili işlərinə müdaxilə üçün su-istifadə edir amma dünya ölkələri Amerikanın qarşısında dayanıblar. 

Ruhani xalqın iqtisadi zəmindəki tələblərinin haqlı olduğunu bildirərək deyib: Bütün ölkələrdə xalqın toplantıları və tələblərindən su-istifadə edilir amma İranın anlaqlı xalqı ayıq-sayıq olaraq bəzilərinin ölkə üçün yaratmaq istədikləri yoldan yan keçdi. 

Teqlər